Qətər Əmiri Azərbaycan prezidentini təbrik edib

Qətər Əmiri Azərbaycan prezidentini təbrik edib
Want create site? Find Free WordPress Themes and plugins.

Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Tani İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

A24.Az xəbər verir ki, təbrikdə deyilir:

“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Qətər Dövlətinin xalqı adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi və salamlarımı çatdırmaqdan böyük məmnunluq və şərəf duyuram.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə əmin-amanlıq və uğurlar, qardaş Azərbaycan xalqına davamlı inkişaf, ölkələrimiz arasında mövcud olan ikitərəfli münasibətlərin isə gələcək illərdə daha da möhkəmləndirilməsini arzulayıram”

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar