A24 Xeber

Qətər geri addım atdı – Tələbləri rədd edən ölkə danışıqlara hazırdır

Qətər geri addım atdı – Tələbləri rədd edən ölkə danışıqlara hazırdır
131
30 İyun 2017 - 8:40

Qətər böhrandan çıxmaq üçün Körfəz ölkələri ilə danışıqlar aparmağa hazırdır.

“A24.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Qətərin xarici işlər naziri Məhəmməd ibn Əbdürrəhman Əl-Tani bildirib.

O, qeyd edib ki, ölkəsi böhrana son qoymaq istəyir və bu niyyətlə danışıqlar masasına oturmağa hazırdır: “Qətər regional təhlükəsizlik və sabitliyə dair məsələləri müzakirə etmək üçün danışıqlar masasının ətrafına əyləşmək niyyətindədir”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn iyun ayından diplomatik münasibətləri kəsdikləri Qətərə qarşı 13 maddəlik tələbnamə irəli sürüblər. Böhranın həlli ilə əlaqədar vasitəçi qismində çıxış edən Küveyt tələbnaməni Qətərə təqdim edib. Qəbul edilməsi üçün Qətərə 10 gün vaxt verilən siyahıda İranla diplomatik münasibətlərin dayandırılması və Türkiyənin Qətərdəki hərbi iştirakına son qoyulması tələbi də var.

Qətərdən İrandakı ofislərini bağlaması, həmçinin İranla hərbi sahədə əməkdaşlığa son qoyması; “Müsəlman qardaşlar”, İŞİD, “əl-Qaidə” və “Hizbullah” kimi terror təşkilatları ilə əlaqələri dayandırması, bu təşkilatları rəsmi olaraq terrorçu elan etməsi; “əl-Cəzirə” və digər media qurumlarını bağlaması da tələb olunub.

Bütün tələblər 10 gün ərzində qəbul edilməsə, tələbnamə qüvvədən düşəcək.

Xatırladaq ki, iyunun 5-dən etibarən Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri Yəmən, Liviya və Maldiv Adaları və digər dövlətlər Qətərlə diplomatik əlaqələri kəsib. Buna səbəb kimi Qətərin Bəhreynə qarşı apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsir göstərməsi və bu ölkənin daxili işinə qarışması, media vasitəsilə gərginliyi davam etdirməsi, terrorizmi dəstəkləməsi və İranla əlaqələrin qurulmasına kömək etməsini əsas səbəb kimi göstərilib.

Azvision.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00