Qətərli qadınlara HÖKÜMƏTDƏN YENİ BİR İCAZƏ DAHA

Qətərli qadınlara HÖKÜMƏTDƏN YENİ BİR İCAZƏ DAHA
Want create site? Find Free WordPress Themes and plugins.

Qətər əmiri Tamim bin Həmad əl Tani ölkədə kişilər üçün hərbi xidmətin 3 aydan 1 ilədək uzadılması barədə qanun imzalayıb.

A24.Az “Report”a istinadən bildirir ki, bu barədə “QNA” agentliyi bildirib.

Agentliyin xəbərində qeyd edilir ki, yeni qanunla ölkə qadınları hərbçi ola bilərlər. Ölkənin 18 yaşını tamam etmiş qadınları yeni qanunla ilk dəfə könüllülük əsasında orduda xidmət hüququ ilə təmin ediliblər.

“Yaşı 18-dən 35-ə qədər olan kişilər icbari hərbi xidməət keçməlidirlər. Qadınlar üçün Vətənə xidmət könüllüdür”, – deyə agentlik bildirib.

Qanunda həmçinin hərbi xidmətdən yayınanlar üçün 3 ilədək həbs cəzası və 50 min rial (təxminən 15 min ABŞ dolları) məbləğində cərimə nəzərdə tutulur. Qətərin kişi sakinləri 18 yaşları tamam olduqdan 2 ay sonra orduya getməlidirlər.

Bundan əlavə, Qətər özünün Hərbi Xidmət Akademiyasını da yaradacaq.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar