Qətl fotoşəkillərini övladlarınıza göstərməyin -  Psixoloqdan xəbərdarlıq

Qətl fotoşəkillərini övladlarınıza göstərməyin –  Psixoloqdan xəbərdarlıq
Want create site? Find Free WordPress Themes and plugins.

“Bir vətəndaş, valideyn və pedaqoq kimi sizə məsləhət görürəm ki, qətl fotoşəkillərini övladlarınıza göstərməyin. Yanlış təlqindir və istəmədən əks-effekt alacaqsınız, uşağınız qorxaq olacaq. Sizin uşağınız gələcəyin əsgəridir, o, mübariz olmalıdır. Onu mübariz yetişdirin”.

A24.Az xəbər verir ki, bu fikirləri psixoloq Aygün Sadiq deyib.

Onun sözlərinə görə, müəllimlər də şagirdlərinə qətl şəkilləri çəkdirməkdən imtina etməlidir.

“Müəllimlərə də deyirəm ki,  şagirdlərdən əl çəkin. Onlara qətl şəkilləri çəkməyi tapşırmayın. Xəstəsiniz mi siz?? Nə etdiyinizin fərqindəsiniz mi? Siz intiqamçı və mübariz vətəndaş yetişdirməliykən, şagirdlərin beyninə qorxulu bədheybət və onun hər şeyə qadir olduğunu yerləşdirirsiniz. Sabah övladlarınız müharibədə düşmən əsgərindən hürkəcək. Nə etmək istəyirsiniz? Artıq etdikləriniz nəticə verib- qorxmuş, hürkmüş və humanist gənclik yetişib. Siz müəllimsiniz, gəncliyimiz sizə həvalə olunub, lütfən, Xocalı mövzusunda çox diqqətli olun. Şagirdlərinizə türkün şərəfli keçmişini, qəhrəmanlarımızı tanıdın. Onların rəsmlərini çəksinlər. Valideynlər isə bu kimi hallar müşahidə etdikdə etirazını bildirsin” – deyə psixoloq bildirib.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Təhsil
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar