Qətl zamanı maşında olan uşağın anasına dedikləri tük ürpətdi – FOTO

Qətl zamanı maşında olan uşağın anasına dedikləri tük ürpətdi – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ-ın Minnesota ştatında bir polisin avtomobilin içində qaradərilini öldürməsi ilə bağlı yeni məlumat yayılıb.

A24.az Milliyet-ə istinadən xəbər verir ki, polisin yol idarəsində atəş açaraq avtomobilin içində öldürdüyü qara dərili amerikalı Filando Kastilyanın vurulduqdan dərhal sonra çəkilən yeni görüntüləri ortaya çıxıb. O vurulandan sonra sevgilisi ilə uşağının verdiyi reaksiyalar şok edib. Azyaşlı qızın anasına “Ana qışqırma, eşidib səni də vuracaqlar. Bunu istəmirəm” dediyi məlum olub.

Minnesotada Jeronimo Yanez adlı polisin mühakimə olunduğu iddiaya təqdim edilən görüntülər böyük səs-küyə səbəb olub.

Görüntülərdə Kastilyanın yanında olan sevgilisi Daymond Reynoldsun ağladığı görünür. Reynoldsun dörd yaşlı qızı isə çaşqın baxışlarla olanları anlamağa çalışır.

Məhkəmə polisin qaradərili sürücünü qəsdən öldürmədiyini iddia edərək sərbəst buraxıb. Qərar Minnesotada etiraz nümayişlərinə gətirib çıxarıb.

 Qeyd edək ki, qara dərili Kastilyanı polis çöldən atəş açaraq vurub. Sevgilisi Reynolds bütün olanları Facebook-dan canlı yayımda izlətmişdi. Qətl hadisəsi keçən ilin iyul ayında baş vermişdi.
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar