A24 Xeber

Qeyri-adi hadisə: cinsi bəlli olmayan su pərisi doğuldu – FOTOLAR

Qeyri-adi hadisə: cinsi bəlli olmayan su pərisi doğuldu – FOTOLAR
173
11 İyun 2018 - 14:00

Hindistanda nadir rast gəlinən “su pərisi sindromu” ilə körpə dünyaya gəlib.

“A24.az” rus mediasına istinadən xəbər verir ki, körpənin ayaqları birləşmiş vəziyyətdə olub və su pərisinin quyruğuna bənzəyib. Cinsi orqanı olmadığından həkimlər onun qız və ya oğlan olduğunu müəyyən edə bilməyib. Bundan başqa körpədə bağırsaq və ağciyər deformasiyası olduğundan  sağ qalmayıb və doğulandan 15 dəqiqə sonra ölüb.

Körpənin anası 25 yaşlı Dikşa Kəmbl mayın 21-də səhər saatlarında doğuş sancıları ilə hospitala müraciət edib. Hamiləlik müddəti ərzində anaya cəmi bircə dəfə USM-də baxılıb və ana bətnindəki körpənin inkişafıyla bağlı problemlərin olmasından xəbərsiz olub.

32 yaşlı əri Nanoba Kəmbl bildirib ki, uşağın ölməsi onların ailəsi üçün böyük itkidir. Çünki 3 il bundan əvvəl cütlük daha bir körpəsini itirib. Amma bundan sonra onların sağlam bir qız övladı dünyaya gəlib.

“Su pərisi sindromu” ilə doğulan uşaqlara nadir hallarda rast gəlinir. Bu, adətən 60-100 min uşaq arasında təsadüf edilir.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00