Qəza törədən daşıyıcı şirkətlə müqaviləyə xitam veriləcək - XƏBƏRDARLIQ - VİDEO

Qəza törədən daşıyıcı şirkətlə müqaviləyə xitam veriləcək – XƏBƏRDARLIQ – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

”Hər bir avtobus üçün 2-3 sürücü lazım olsa da, hazırda daşıyıcı şirkətlər cəmi 1 sürücüdən istifadə edirlər. Qəzaların baş verməsinin başlıca səbəbi isə budur”.

Bunu Bakı Nəqliyyat Agentliyi direktorunun müşaviri Mübariz Abbasov daşıyıcı sahibkarlarla görüşdə deyib.

Agentlik 3 mindən çox sürücü ilə bağlı araşdırma aparılması üçün Daxili İşlər Nazirliyinə sorğu ünvanlanıb. Məlum olub ki, 3008 sürücünün 461-nin əvvəllər məhkumluq həyatı yaşayıb.

Sürücülər agentlik ilə mütləq şəkildə razılaşdırıldıqdan və tam araşdırıldıqdan sonra işə götürüləcəklər.

Görüşdə sahibkarlara sərt xəbərdarlıq da edilib. Bildirilib ki, bundan sonra avtobusu qəzada iştirak edən daşıyıcı şirkətlərlə müqaviləyə xitam veriləcək.

Görüşdə nağdsız ödəniş sisteminə keçilmənin zəruriliyi də vurğulanıb.

Qeyd edək ki, bu ilin birinci yarısında daha 700 nəqliyyat vasitəsi nağdsız ödəniş sisteminə keçəcək.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar