Qəzəya düşən Türkandan xəbər var - ÖZÜ DANIŞDI - VİDEO

Qəzəya düşən Türkandan xəbər var – ÖZÜ DANIŞDI – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Uzun zamandır həkim nəzarətində və xəstəxana şəraitində yatan Türkan Vəlizadədən yeni xəbər var.

A24.Az bildirir ki, bu barədə ARB TV-nin “Səhər-Səhər” verlişində videogörüntü yayımlanıb. Müğənni səhhəti haqqında özü məlumat verib:
“Hər kəsi salamlayıram. Artıq sağalmağa doğru gedirəm. Şükürlər olsun. Gələn bütün sənətçi dostlarıma təşəkkür edirəm, minnətdaram, əziyyət çəkmisiniz. Tezliklə, inşallah, yeni mahnılar, yeni kliplər olacaq. Narahat olmayın, hər şey yaxşıdır. Tezliklə ayağa qalxacam”.
Xatırladaq ki, daha öncə “Səhər-Səhər” komandası qəzaya düşən müğənnilər Türkan Vəlizadə və Zeynəb Həsəninin son vəziyyətləri ilə bağlı xəstəxanaya üz tutmuşdular. Zeynəb Həsəni çəkliş zamanı sağlıq durumu barədə özü sevənlərini məlumatlandırmışdı. Lakin Türkanın sağlıq durumu buna imkan verməmişdi.
Qeyd edək ki, məşhur meyxanaçı Pərviz Bülbülənin duet ortağı müğənni Türkan Vəlizadə 2 iyun gecə saatlarında müğənni həmkarı Zeynəb Həsəni ilə avtomobil qəzasına düşüb. Qəzaya səbəb isə yağışlı hava şəraiti olub. Qəza zamanı Türkan Vəlizadənin ayağı və çiyni, Zeynəb Həsənlinin isə çanaq sümüyü sınıb./Milli.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar