A24 Xeber

Qəzza zolağında toqquşma: Ölən və yaralananlar var

Qəzza zolağında toqquşma: Ölən və yaralananlar var
39
13 Aprel 2018 - 23:13

Bu gün Qəzza zolağının sərhədində İsrail hərbçiləri ilə toqquşmalarda 1 fələstinli nəfər ölüb, 701-i müxtəlif dərəcəli xəsarət alıb.

Bu barədə  “RİA Novosti” agentliyinə Fələstin Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidra bildirib.

“Bu gün İsrail ordusunun açdığı atəş nəticəsində 28 yaşlı fələstinli ölüb, 163-ü güllə yarası almaqla 701 fələstinli yaralanıb”, deyə Ə.əl-Kidra qeyd edib.

Bundan əvvəl İsrail ordusunun mətbuat xidməti Qəzza zolağının sərhədində baş verən iğtişaşlarda 10 min fələstinlinin iştirak etdiyini bildirib.

Qeyd edək ki, martın 30-da fələstinlilər Qəzza zolağının sərhədində “Böyük Qayıdış Yürüşünə” başlayıb. Fələstinlilər aksiyanın mayın ortalarınadək davam edəcəyini bəyan ediblər.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00