Qəzzada ölən fələstinlillərin sayı 59-a çatdı - FOTOLAR

Qəzzada ölən fələstinlillərin sayı 59-a çatdı – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Qəzza zolağında fələstinli etirazçılarla İsrail hərbçiləri arasında baş verən toqquşmalarda ölənlərin sayı 59 nəfərə çatıb.

“A24.az”ın “RİA-Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstinin Səhiyyə nazirliyi məlumat yayıb.

“İsrail əsgərlərinin Qəzza zolağı ilə sərhəddə aksiyaçılara odlu silahdan açdığı atəş nəticəsində ölən fələstinlilərin sayı 59-a yüksəlib. Ölənlər arasında azyaşlı da var. 8 aylıq Leyla Ənvər Qəndur Qəzza zolağının şərq bölgəsində gözyaşardıcı qazdan zəhərləndikdən sonra dünyasını dəyişib”, məlumatda deyilir.

İsrail müdafiə ordusunun məlumatına görə, ötən gün Qəzza zolağında keçirilən etiraz aksiyalarında  35 min nəfər iştirak edib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Gündəm, Dünya, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar