A24 Xeber

Qəzzada toqquşmalar: 100-dən çox fələstinli yaralandı

Qəzzada toqquşmalar: 100-dən çox fələstinli yaralandı
26
25 May 2018 - 23:56

Bu gün Qəzza zolağı sərhədində İsrail hərbçiləri ilə fələstinlilər arasında baş verən toqquşmalar nəticəsində 100-dən çox fələstinli xəsarət alıb.

Bu barədə  “RİA Novosti” agentliyinə Fələstin Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidra bildirib.

“Bü gün Qəzza zolağının şərq sərhədində 109 nəfər müxtəlif dərəcəli xəsarət alıb”, deyə Ə.əl-Kidra qeyd edib.

 Martın 30-da fələstinlilər Qəzza zolağının sərhədində “Böyük Qayıdış Yürüşünə” başlayıb. İndiyədək İsrail hərbçiləri ilə toqquşmalarda 115 fələstinli ölüb, 13 mindən çoxu yaralanıb.
A24.Az
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00