Qəzzada toqquşmalar: 80 yaralı

Qəzzada toqquşmalar: 80 yaralı
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün Qəzza zolağının sərhədində İsrail hərbçiləri ilə toqquşmalarda azı 80 fələstinli xəsarət alıb.

Bu barədə  “RİA Novosti” agentliyinə Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi bildirib.

“Bu gün əməkdaşlarımız 80 fələstinliyə tibbi yardım göstərib, onlardan 12-si güllə yarası alıb”, deyə Cəmiyyətin nümayəndəsi qeyd edib.

 Qeyd edək ki, martın 30-da fələstinlilər Qəzza zolağının sərhədində “Böyük Qayıdış Yürüşünə” başlayıb. Fələstinlilər aksiyanın mayın ortalarınadək davam edəcəyini bəyan ediblər.
A24.Az
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar