Peyğəmbər (s) Məkkədə olarkən hara yönələrək namaz qılırdı?

Qiblə nə üçün Məscidüləqsadan Kəbəyə çevrildi?
Want create site? Find Free WordPress Themes and plugins.

“A24.az”ın məlumatına görə, Əbu Bəkr Sifilin “Derin tarih” əsərində bunları qeyd edir:

Peyğəmbər (s) Mədinəyə hicrət etdikdən sonra 16-17 ay Qüdsdəki Məscidüləqsaya yönələrək namaz qılmışdı.

Bir gün camaata zöhr və əsr namazını qıldırarkən “Bəqərə” surəsinin, “(Ey Muhəmməd!) Biz sənin çox vaxt üzünü göyə tutub dayandığını (vəhy gözlədiyini) görürük. (Naharat olma) Şübhəsiz ki, səni, razı qalacağın qibləyə yönəldəcəyik. Bundan sonra üzünü Məscidülharama doğru çevir. Ey müsəlmanlar! Siz də harada olursunuz olun, namazda üzünüzü həmişə ona doğru çevirin. Şübhəsiz ki, kitab verilənlər bunun Rəblərindən gələn həqiqət olduğunu bilirlər. Allah onların etdiklərindən xəbərsiz deyil” məalındakı 144-cü ayəsi nazil oldu. Bu ayə ilə Kəbə müsəlmanların son qibləsi təyin edilmişdi.

529294

Ayə nazil olmazdan əvvəl camaat dörd rükətlik namazın iki rükətini qılmış, digər iki rükəti isə namaz içində Kəbə istiqamətinə yönələrək qıldılar.

Buna görə də həmin hadisənin baş verdiyi məscidə “Məscidülqibləteyn” (İki qiblə məscidi) deyilmişdir.

Peyğəmbər (s) Məkkədə olarkən Kəbəyə, yoxsa Qüdsdəki Məscidüləqsaya (Məscidüləqsaya) yönələrək namaz qılırdı? Əgər Kəbəyə yönələrək namaz qılırdısa, nə üçün sonradan Məscidüləqsaya tərəf qılmağa başlamışdır? Əgər Məscidüləqsaya yönələrək qılırdısa, bunu nəyə əsaslanaraq edirdi?

Məkkədə olarkən Peyğəmbərin (s), İbrahimin (ə) inşa etdiyi Kəbəyə üz tutaraq namaz qılığını demək mümkündür. Bunun, Məkkənin müşrik sakinlərinə qarşı İbrahimin (ə) tövhid cizgisini vurğulamaq həssaslığı ilə əlaqəsi olduğunu deyə bilərik. Lakin Mədinəyə hicrət edildiyi əsnada, Mədinə ətrafındakı qalalarda olan izdihamlı Yəhudi qəbilələrinin qəlbini İslama isinişdirmək məqsədilə qiblənin Kəbədən Məscidüləqsaya çevrildiyini deyə bilərik. Çünki Yəhudilər Məscidüləqsaya üz tutaraq ibadət edirdi.

israil_mescid_i_aksayi_yikacak_h22946

Lakin bu vəziyyət yəhudiləri ərköyünləşdirmiş, “Bizim qibləmiz olmasa, ibadətində yönələcəyi bir qibləsi yoxdur” deyib dedi-qodu etmələrinə səbəb olmuşdu. Bundan məyus olan Peyğəmbər (s) qiblənin dəyişdiriləcəyi ümidilə tez-tez üzünü səmaya tutur, vəhy gözləyirdi. Çox keçmədən məalını verdiyimiz ayə nazil oldu və qiblə Kəbə olaraq təyin edildi. Yəhudilər bunu da dedi-qoduya çevirərək “Onları üz tutduqları qiblələrindən çevirən nədir? (“Bəqərə” surəsi, 142)” dedilər. Bundan sonra “Də ki: şərqdə də, qərb Allahındır. O istədiyini doğru yola yönləndirir”. (“Bəqərə” surəsi, 142)” ayəsi nazil oldu.

Məqalənin əvvəlində məalını qeyd etdiyimiz ayə, həm qiblənin təyin edilməsinin, həm də deyişikliyinin vəhylə həyata keçdiyni qeyd edir. Çünki ayədə yəhudilərin davranışından narahat olan Peyğəmbərin (s) dəyişiklik üçün vəhy gözlədiyi açıq şəkildə bildirilir. Bu ayə ilə birlikdə İslam dini, həm İudaizm, həm də Xristianlıqla qəti cizgilərlə ayrılmış, arada dinin əsası ilə eyni olacaq heç bir ortaq məqam qalmamışdır.

mescid-i-aksa-nin-bilinmeyen-fotograflari-mescid-i-aksa-mekke-medine-1214831

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Redaktor Seçimi, Son Dəqiqə, Din, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar