A24 Xeber

Qida Təhlükəsizliyi Agentliyi sahibkarlara müraciət etdi

Qida Təhlükəsizliyi Agentliyi sahibkarlara müraciət etdi
30
19 İyul 2018 - 10:50

 Qida Təhlükəsizliyi Agentliyi ixrac fəaliyyəti ilə məşğul olan sahibkarlara müraciət edib.

A24.Az-ın xəbərinə görə, müraciətdə deyilir: “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzərinizə çatdırır ki, ixrac prosesini həyata keçirməzdən əvvəl xarici ölkələrin idxal tələbləri və oxşar məsələlərlə bağlı zəruri məlumatları ətraflı və operativ şəkildə əldə etmək üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin [email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz.

Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərində iştirak edən hər bir sahibkarlıq subyektinin qida təhlükəsizliyinin təmin olunmasında iştirakına yüksək qiymət verir və öz fəaliyyətlərini qarşılıqlı etimad şəraitində qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirməyə dəvət edir”.

A24.Az

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00