Qida Təhlükəsizliyi Agentliyindən dönər XƏBƏRDARLIĞI

Qida Təhlükəsizliyi Agentliyindən dönər XƏBƏRDARLIĞI
Want create site? Find Free WordPress Themes and plugins.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakının bir çox yerlərində 1 manata satılan dönərin insan orqanizmi üçün təhlükəli olub-olmamasına aydın gətirib.

Agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən A24.Az-a verilən məlumata görə, qiymət baxımından tənzimləməni bazar həyata keçirdiyi üçün hər bir fiziki və hüquqi şəxs sahib olduğu məhsulu istədiyi qiymətə sata bilər: “Satılan məhsulun qiymətinin aşağı olması heç də həmin məhsulun insan sağlamlığı üçün təhlükəli olduğu mənasına gəlmir. Yalnız aparılmış laborator müayinələrin nəticələri əsasında hər hansı bir məhsulun insan qidası üçün yararlı olub-olmaması haqqında rəy vermək olar”.

Qeyd olunub ki, QTA qida məhsullarının təhlükəsizliyinə nəzarəti həyata keçirən dövlət orqanı kimi hər hansı məhsul haqqında yalnız rəsmi faktlara əsaslanaraq rəy verir: “Belə rəylər laborator müayinələrin nəticələrinə əsaslanır. Hazırda qurum qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı olaraq, struktur bölmələrinə ixtisaslaşmış kadr potensialının cəlb edilməsini, qida məhsullarının təhlükəsizliyinə dair normativ hüquqi bazanın hazırlanmasını həyata keçirir”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar