Qırğızıstan: FETÖ məsələsində yardımçı olmağa hazırıq

Qırğızıstan: FETÖ məsələsində yardımçı olmağa hazırıq
Want create site? Find Free WordPress Themes and plugins.

Qırğızıstanın Türkiyədəki səfiri İbragim Junusov FETÖ mövzusunda Türkiyəylə mövcud ikitərəfli müqavilələr çərçivəsində əməkdaşlıq etdiklərini və bu əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildirib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Junusovun məlumatına görə, bu istiqamətdə əməkdaşlıq edəcəyik:

“Bu təkcə Türkiyə deyil, Qırğızıstanın da təhlükəsizlik məsələsidir. Bu məsələdə Türkiyəylə çalışırıq. Müraciətlər var. Əgər yeni bir xəbər çıxırsa bizimlə bölüşürlər. Nazirliklərimiz arasında xüsusi nota mübadiləsi olur” – deyə açıqlayıb.

FETÖ-ya qarşı mübarizə məsələsində Türkiyənin mövqeyini bölüşdüklərini və bu istiqamətdə əməkdaşlığın ikitərəfli təhlükəsizlik müqavilələrinə əsaslandığını dilə gətirən qırğız səfir hərəkətə keçməyimiz üçün hüquqi dəlillərə ehtiyacları olduğunu vurğulayıb:

“Bizə verilən adlar var, bu adlarla bağlı həqiqətən də məhkəmə qərarları var? Bu qərarların bizə təqdim edilməsi lazımdır”, – deyə İ.Junusov qeyd edib.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar