Qırğızıstanın keçmiş baş naziri saxlanılıb

Qırğızıstanın keçmiş baş naziri saxlanılıb
Want create site? Find Free WordPress Themes and plugins.

 Qırğız Respublikasının keçmiş baş naziri Sapar İsakov korrupsiyada ittiham olunaraq saxlanılıb.

A24.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Mətbuat xidməti məlumat yayıb.

O, ölkə paytaxtı Bişkekin İstilik Elektrik Mərkəzinin müasirləşdirilməsi zamanı baş vermiş korrupsiya ilə bağlı araşdırılan cinayət işi çərçivəsində yaşadığı ərazini tərk etməmək barədə də iltizam verib.

Qeyd edək ki, Qırğız Respublikasının parlamenti 2017-ci ilin yekunlarına görə, Sapar İsakov hökumətinə etmad göstərməyib. 40 yaşlı Siakovun başçılıq etdiyi və tərkibinə görə ən gənc Nazirlər Kabineti 2017-ci ilin sentyabrında and içib. Hökumətə etimad göstərilməməsi isə ölkə tarixində ilk hadisədir.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar