A24 Xeber

Qitə çempionatında 12 komanda

Qitə çempionatında 12 komanda
39
05 May 2018 - 14:58

Amerika kubokunun iştirakçılarının sayı və tərkibi dəqiqləşib.

A24.Az apasport.az-a istinadən xəbər verir ki, digər qitə təmsilçilərinin iştirakı ilə keçirilməsi ənənəvi hal alan Cənubi Amerika çempionatında 12 komanda mübarizə aparacaq.

2019-cu ildə təşkil olunacaq yarışa qonaq qismində Asiya təmsilçiləri qatılacaq. Bunlar Yaponiya və Qətər milliləridir.

Turnirdə Cənubi Amerika Futbol Konfederasiyasına (KONMEBOL) üzv olan 10 ölkənin yığması da mübarizə aparacaq. Bunlar Argentina, Boliviya, Braziliya, Çili, Venesuela, Ekvador, Paraqvay, Peru, Uruqvay və Kolumbiyadır.

Turnirin 2019-cu ilin iyun-iyul aylarında keçirilməsi planlaşdırılıb. Amerika kubokunu qəbul edəcək ölkə isə hələ dəqiqləşməyib.

Qeyd edək ki, Amerika kubokunun son qalibi Çili yığmasıdır.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00