QİYMƏTLƏR QALXIB - Bayram bazarlığı neçəyə başa gəlir? - SİYAHI

QİYMƏTLƏR QALXIB – Bayram bazarlığı neçəyə başa gəlir? – SİYAHI
Want create site? Find Free WordPress Themes and plugins.

Artıq ötən gün sonuncusu- Yel çərşənbəsi də daxil olmaqla olmaqla bütün çərşənbələri qeyd etdik. Bununla da ölkədə yaz abu-havası hiss olunmağa başladı. Yaz fəslini də özü ilə birlikdə gətirən Novruz Azərbaycanda bir çoxlarının sevdiyi bayramdır. Milli bayramımız olan Novruzda bişirilən şirniyyatlar, hazırlanan xonçalar, bayram atributları gələn yeni fəsillə birlikdə əhalinin də əhvalını yüksəldir. Lakin yüksələn təkcə əhval-ruhiyyə deyil, həm də bazardakı qiymətlərdir. Hələ bayram gəlməmiş yüksələn qiymətlər il ərzində insanları gərgin vəziyyətdə saxlamışdı və bayramda da qiymətlərin yüksələcəyi şübhə doğurmurdu.

Odur ki, “A24.Az” saytı Novruzu qeyd etmək istəyən bir azərbaycanlı ailənin bayram büdcəsini hesablamağa çalışıb. Yaz bayramımızın süfrəsini bəzəyən ilk təam isə şirniyyatlardır. Hələ bayram gəlməmiş hər kəs çərşənbə axşamlarında qapılarına atılacaq papaqları dolu qaytarmaq üçün xonçaların bəzəyi olan şor qoğal, şəkərbura, paxlava bişirməyə başlayır. Bu şirniyyatlar üçün lazım olan ərzaqlar isə hazırda çox bahalaşıb. Aralarında nəzərə çarpacaq dərəcədə, ən çox bahalaşan məhsullar yağ və qoz-fındıqdır.

“A24.Az” Novruz şirniyyatları üçün lazım olan ərzaqların siyahısını və qiymətlərini təqdim edir:

Şor qoğalın hazırlanması üçün olan lazım olan ərzaqlar:

1.       Un 1,65 azn
2.       Yağ 6, 75 azn
3.       Yumurta (3 ədəd) 0,75 azn
4.       Maya 0,70 azn
5.       Süd (2 stəkan) 1, 45 azn
6.       Sarıkök 0,35 azn
7.       Duz 0,85 azn
8.       İstiot 0, 40 azn
9.       Cirə 0,35 azn
10.   Razyana 0,40 azn
11.   Çörəkotu 0,35 azn
Cəmi: 14 AZN


Şəkərburanın hazırlanması üçün lazım olan ərzaqlar:

1.       Un 1,65 azn
2.       Yağ 6,75 azn
3.       Yumurta (3 ədəd) 0,75 azn
4.       Süd (1 atəkan) 1,45 azn
5.       Xama 0,38 azn
6.       Maya 0,70 azn
7.       Şəkər tozu 1,30 azn
8.       Hil 1,20 azn
9.       Fındıq və ya qoz 14 – 22 azn
Cəmi: 35 AZN

Paxlavanın hazırlanması üçün lazım olan ərzaqlar:

1.       Un 1, 65 azn
2.       Yağ 6,75 azn
3.       Yumurta (3 ədəd) 0,75 azn
4.       Süd (1 stəkan) 1,45 azn
5.       Xama 0,38 azn
6.       Maya 0,70 azn
7.       Duz 0,85 azn
8.       Qoz və ya fındıq 14-22 azn
9.       Şəkər tozu 1,30 azn
10.   Hil 1,20 azn
Cəmi: 35 AZN

Daha sonra, bayram axşamı süfrəmizin vazkeçilməzi olan plovun hazırlanması üçün lazım olan düyünün 1 kq-nın qiyməti isə 3-5 manat arasında dəyişir. Aş bişirilən zaman 12-13 manat arasında dəyişən kərə yağın yarım kilosu istifadə edilərsə, qiyməti 10-12 manat arasında olan qaysı, 5-13 manat arasında olan kişmiş, 10-20 manat arasında olan şabalıdlı plov ətlə bişirənlər üçün 40 manata, toyuqla bişirənlər üçün isə 30 manata başa gəlir.

Meyvə- tərəvəz məhsullarına gəldikdə, süfrələrimizdən əskik etmədiyimiz almanın bir kilosunun qiyməti 0,70 – 0,80 manatdan tutmuş, 2 manat 50 qəpik arasında dəyişir. Banan isə bazarda 2,50 manatdan, portağal 2,30 manatdan, nar 2-3 manatdan, naringi 3 manatdan, heyva 2,50 manatdan, pomidor 3 manatdan, xiyar 2,30 manatdan alıcılara təklif edilir.

Novruz bayramının əsas simvollarından biri olan və hər evi bəzəyən səməni isə bazarda müxtəlif qiymətədir. Səməninin qiyməti isə onun ölçüsünə və formasına görə dəyişir. Belə ki, bazarda səmənilərin qiyməti 1 manatdan başlayaraq 20 manata qədər dəyişir.

Bayram süfrəsini bəzəyən digər çərəzlərin qiymətində də həddən artıq artım var. Həmin çərəzlərdən qabıqlı qozun bir kilosu 7-10 manat, qabıqlı fındıq 6-10 manat, püstə 6-12 manat, badam 16-25 manat, iydə 6-10 manat, innabın qiyməti isə 4 manatdan başlayaraq yuxarıya doğru dəyişir. Bu qiymətlərin bayram günləri yaxınlaşdıqca artacağı da bildirilir. Odur ki, bayram üçün lazım olan bazarlığı indidən, gec olmamış etməyi məsləhət görürük.

Bunun üçün isə sizə ailənizlə birlikdə bayramı qeyd etmək üçün təxminən 200 manat lazım olacaq.

Bayramınız MübarəkFiruzə Alimova

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm, İqtisadiyyat, Araşdırma, Foto xəbər, Banner
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar