A24 Xeber

Qızartma yemək, selfi çəkdirmək olmaz: Kraliyyət ailəsinin qatı qaydaları – FOTOLAR

Qızartma yemək, selfi çəkdirmək olmaz: Kraliyyət ailəsinin qatı qaydaları – FOTOLAR
60
23 May 2018 - 10:22

Kraliyyət ailəsinin üzvü olmaq kənardan xoş görünsə də, bilmədiyimiz bəzi qatı qanunları da var. Qanunlar kraliça tərəfindən qoyulur və bütün ailə üzvləri buna riayət etmək məcburiyyətindədir. 

A24.Az İngiltərə kraliyyət ailəsinin qatı qanunlarını sizə  təqdim edir:

Yemək müddətini kraliça təyin edir. O başlamadan öncə heç kəs yemək yeməyə başlaya bilməz və o bitirdikdən sonra heç kəs davam edə bilməz.

Britanya Kraliyet Ailesinin ilginç yasakları

Kartof (qızartma), makaron, plov, qabıqlı dəniz məhsulları və sarımsaq yemək olmaz. Çünki kraliça sadalananlara nifrət edir və qadağan edib. Dəniz məhsulları isə qida zəhərlənməsi və allergiya verə bilər.

Britanya Kraliyet Ailesinin ilginç yasakları

Əsilzadə soyundan gəlməyənlər ailə üzvlərinə toxuna bilməz. Bəzən məşhurlarla şəkil çəkdirən zaman ailə üzvləri bu qaydanı pozur. Bu da xoş qarşılanmır.

Britanya Kraliyet Ailesinin ilginç yasakları

Kraliça otağına çəkilmədən heç kəs yata bilməz. Bu qayda kraliça saraydaykən keçərlidir. Kraliça normalda 23:30-dan tez yatır.

Britanya Kraliyet Ailesinin ilginç yasakları

Ailə üzvlərinin sosial media hesabı ola bilməz. Yeni gəlin Meqan Markl bu səbəbdən 2 milyon izləyicisi olan “İnstagram”, 350 min izləyicisi olan “Twitter” və 800 min bəyənməsi olan “Facebook” hesablarını dondurmaq məcburiyyətində qalıb. O da həyat yoldaşı, qaynı və eltisi kimi Kensington sarayının hesabını istifadə edir.

Britanya Kraliyet Ailesinin ilginç yasakları

Selfi çəkdirməyə icazə yoxdur.

Britanya Kraliyet Ailesinin ilginç yasakları

Tünd rəngli dırnaq boyasından istifadə etmək olmaz. Kraliyyət ailəsinin qadın üzvləri qısa dırnaq və təbii rənglərə üstünlük verir.

Britanya Kraliyet Ailesinin ilginç yasakları

Ailə üzvləri səs verə bilməz. Bunun səbəbi xalqın düşüncələrinə təsir etmək istəməməkləridir. Bunun yerinə qalmaqalları  nəzarətdə saxlayıb, iqtidarla işbirliyi içində olmağa və siyasi mövzuları problemsiz bir şəkildə həll etməyə çalışılar.

Britanya Kraliyet Ailesinin ilginç yasakları

Qatıldıqları dəvətlərdə kraliçanın addımları izlənməli, o nə edirsə həmin hərəkətlər təkrarlanmalıdır.

 

 

Britanya Kraliyet Ailesinin ilginç yasakları

Masa oyunları oynamaq qadağandır. Pis niyyətlə oynandığı üçün şahzadə Endryu masa oyunlarını qadağa edib.

Britanya Kraliyet Ailesinin ilginç yasakları

Geyimlər mesaj göndərəcək şəkildə seçilməməli və geyilməməlidir.

Britanya Kraliyet Ailesinin ilginç yasakları

Kürk geyinmək yasaqdır.  Bəzi əsilzadə soylu şəxslər və kraliça kürkəbənzər geyimlər geydiyi üçün qayda pozulub.

Britanya Kraliyet Ailesinin ilginç yasakları

Yeni il bərabər qeyd edilməlidir.

Britanya Kraliyet Ailesinin ilginç yasakları

Birgə səyahət etmək olmaz. Əslində bu qayda əvvəllər yarana biləcək risklər səbəbindən tətbiq edilirdi. İndi bütün təhlükəsizlik tədbirləri görülə bildiyi üçün ailə üzvləri birgə səyahət edə bilir.

Britanya Kraliyet Ailesinin ilginç yasakları

Nərmin Kərim, A24.Az 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00