Qızı ərə verilən ata danışdı: İki aylıq hamilədir - VİDEO

Qızı ərə verilən ata danışdı: İki aylıq hamilədir – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

14 yaşlı qızın ərə verilməsi ilə bağlı araşdırma aparılır.

A24.Az xəbər verir ki, Bunu Oxu.Az-a açıqlamasında qızın atası Mirtəmən Sadıqov deyib.

O bildirib ki, məsələ barədə bu gün Xəzər Rayon Polis İdarəsinə çağırılıb:

“Mən bir ata kimi öz şikayətimi etdim. Keçmiş həyat yoldaşım və qızımdan izahat alındı. Məsələ barədə araşdırma aparılacaq”.

14 yaşlı qızın atası iddia edib ki, qızı iki aylıq hamilədir:

“Tanışlarımızdan mənə dedilər ki, qızım artıq iki aylıq hamilədir. Anası və qızı boynuna almadı. Ekspertizanın nəticəsi bilinən zaman mənə məlumat veriləcək”.

Məsələ ilə Oxu.Az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib ki, araşdırmalar aparılır və Dövlət Komitəsi tərəfindən aparılan araşdırmanın nəticəsi müvafiq dövlət orqanlarına təqdim ediləcək:

“Araşdırmalar davam edir. Məsələnin təsdiqini tapıb-tapmamasını gözləməliyik. Bəzən olur ki, məlumat yayılır, amma araşdırma zamanı məsələ öz təsdiqini tapmır”.

Komitə rəsmisi qeyd edib ki, yetkinlik yaşına çatmayan şəxslərin ərə verilməsi cinayətdir:

“Bu ailə boşanmış ailədir. Ola bilər ki, hansısa bir maraqları var və uşaq üzərindən onu həyata keçirməyə çalışırlar. Araşdırmanın nəticəsi barədə məlumat veriləcək”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar