A24 Xeber

Qızlar bu oyunu oynayıb intihar etdilər – FOTOLAR

Qızlar bu oyunu oynayıb intihar etdilər – FOTOLAR
869
06 Mart 2017 - 16:12

İnternet üzərində oynanılan kompyuter oyunu son 6 ayda 130 nəfərin ölümünə səbəb olub.

A24.Az xəbər verir ki, “Mavi balina” adlı oyunda iştirakçılar verilən 50 təlimatı yerinə yetirmək məcburiyyətindədirlər. Fotodakı 16 yaşlı qız Veronika Volkovanın İrkutsk bölgəsində bir binadan özünü ataraq intihar etdiyi açıqlanıb. Veronikanın rəfiqəsi olan 15 yaşlı Yulia da adıçəkilən oyuna görə intihar edənlərin arasındadır.

O, son olaraq sosial mediada “Son” yazaraq Mavi balinanın şəklini paylaşıb. Veronika özü də şəxsi media hesabında “Yavaş-yavaş heç bir işə yaramaz biri olduğunuzu hiss edirsinizmi? Mən sadəcə bir xülyayam. Duyğular itib…” deyə yazılar yazdıqdan sonra özünü öldürüb.

Yulia və Veronikanın dəhşətli ölümü ssenari halında yazılmış hadisələri özündə əks etdirib.

Siberian Times qəzetinin araşdırmasıa görə, hadisədən sadəcə 2 gün öncə Çita kəndində yaşayan 14 yaşlı bir qız da özünü qatarın altına atıb. Aradırmalar nəticəsində ortaya çıxıb ki, onun da “Mavi Balina” adlı oyunla əlaqəsi olub.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00