Qonşu ölkədə zəlzələ ŞOKU - 82 nəfər xəsarət alıb

Qonşu ölkədə zəlzələ ŞOKU – 82 nəfər xəsarət alıb
Want create site? Find Free WordPress Themes and plugins.

İranın cənub-qərbində, Kohgiluyə və Buyər-Əhməd vilayətində baş vermiş güclü zəlzələ nəticəsində 82 nəfər xəsarət alıb.

“A24.az” xəbər verir ki, 4,8 ballıq zəlzələ gecə saatlarında qeydə alınıb. Ocağı 5 km dərinlikdə olan yeraltı təkanlar səbəbindən Yasuc şəhərinin elektrik enerjisi ilə təminatı pozulub.

Yerli təcili tibbi yardım mərkəzindən 71 nəfərə hadisə yerində yardım edildiyi, 11 nəfərin isə xəstəxanaya yerləşdirildiyi bildirilib.

Xatırladaq ki, ötən həftə Yasuc şəhərindən şimal-qərbdə 5,3 maqnitudalı zəlzələ baş vermiş, 133 nəfər yaralanmışdı.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Manşet, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar