A24 Xeber

Qorxulu statistika! Dünən ölkədə 3 ev yanıb

Qorxulu statistika! Dünən ölkədə 3 ev yanıb
597
22 Mart 2017 - 8:49

Bu gecə Şəmkir, Mingəçevir və Sumqayıtda yanğın hadisəsi qeydə alınıb.

A24.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Şəmkir rayonunda vətəndaşa məxsus ümumi sahəsi 338 m² olan ikimərtəbəli 12 otaqlı evin 1-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları və ev əşyaları 50 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Mingəçevir şəhərində isə ümumi sahəsi 640 m² olan birmərtəbəli 15 otaqdan ibarət inzibati binanın dam örtüyünün yanar konstruksiyaları 45 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Sumqayıtda da yanğın hadisəsi qeydə alınıb. Sumqayıt şəhərində vətəndaşa məxsus ümumu sahəsi 120 m² olan taxta konstruksiyadan ibarət birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 15 m² və dam örtüyü 40 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00