Qroznıda kilsəyə hücum: 3 nəfər öldü

Qroznıda kilsəyə hücum: 3 nəfər öldü
Want create site? Find Free WordPress Themes and plugins.

Çeçenistanın paytaxtı Qroznuda kilsəyə edilən hücum nəticəsində 2-si polis olmaqla 3 nəfər dünyasını dəyişib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Çeçenistan hüquq-mühafizə təşkilatından verilən məlumata görə, paytaxt Qroznuda Əziz Mikayıl Kilsəsinə 4 kimliyi bilməz şəxsin etdiyi hücum zamanı 2 polis işçisinin və kilsədə olan bir vətəndaş ölüb.

“Bir qrup şəxslər tərəfindən Qroznudakı Əziz Mikayıl Kilsəsinə girmə cəhdində olublar. Təcavüzkarları zərərsizləşdirmək məqsədilə keçirilən əməliyyat zamanı 2 polis əməkdaşı həyatını itirdi. Bundan başqa, kilsəyə gələn bir mülki şəxs də vəfat edib”, – deyə bildirilib.

Əməliyyat zamanı 2 polis əməkdaşının da yaralandığı qeyd edilib. Həmçinin kilsəyə hücum edənlərin hamısının zərərsizləşdiyi də vurğulanıb.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar