A24 Xeber

Qubada maşın aşdı: Bir ailənin 3 üzvü xəsarət aldı

Qubada maşın aşdı: Bir ailənin 3 üzvü xəsarət aldı
45
12 Mart 2018 - 3:45

Qubada yol nəqliyyat hadisəsi qeydə alınıb.

 A24.Az APA-ya istinadən xəbər verir ki, qəza Quba-Püstəqasım kəndi ərazisində baş verib. Maşının əyləci sistemində yaranan problem nəticəsində avtomobil yoldan çıxaraq aşıb.

 Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Onlar 1973-cü il təvəllüdlü Telman Bürcəliyev, onun həyat yoldaşı Rəsmiyyə və oğlu 1996-cı il təvəllüdlü Elvindir. Telman və Elvin Orucəliyevlərin müalicəsi Quba Məkəzi Rayon Xəstəxanasında davam etdirilir.  R.Orucəliyeva isə ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırmalar aparılır.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00