Qubada örüş sahəsi yandı - RƏSMİ 

Qubada örüş sahəsi yandı – RƏSMİ
Want create site? Find Free WordPress Themes and plugins.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qubada baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb.
A24.Az xəbər verir ki, aprelin 11-də saat 13:50 radələrində Quba rayonunun Təngəaltı kəndinin yaxınlığında, bələdiyyəyə məxsus örüş otlaq sahəsində yanğın hadisəsi baş verib: “Daha sonra yanğın genişlənərək Şahdağ Milli Parkının Quba bölməsinin Rustov meşəbəyliyinin 5 saylı dolayına keçib və 0,5 hektara yaxın ərazini əhatə edib.
Naməlum səbəblərdən baş verən yanğının söndürülməsinə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının əməkdaşları cəlb olunub.
Hazırda yanğının qarşısının alınması istiqamətində operativ tədbirlər görülür”.
A24.Az 
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar