A24 Xeber

Qubada piyadanı maşın vurdu

Qubada piyadanı maşın vurdu
31
15 Sentyabr 2018 - 14:49

Qubada 13 yaşlı yeniyetməni avtomobil vurub.

A24.Az “Report”a itinadən xəbər verir ki, Quba şəhəri 29-cu məhəllədə yaşayan 2005-ci il təvəllüdlü Hüseyn Cəbrayıl oğlu Nicatov şəhərin Həydər Əliyev prospektində yolu keçərkən avtomobil onu vurub.

Ağır xəsarət alan H.Nicatov Quba rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlər qapalı kəllə-beyin travması alan yaralının vəziyyətini ağır kimi qiymətləndirirlər.

Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırma aparılır.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00