Qüdrət Həsənquliyevin namizədliyi irəli sürüldü

Qüdrət Həsənquliyevin namizədliyi irəli sürüldü
Want create site? Find Free WordPress Themes and plugins.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) İdarə Heyəti aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanat yayıb.

A24.Az-ın xəbərinə görə,  bəyanatda bildirilir ki, BAXCP partiyanın sədri, millət vəkili Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyini irəli sürür.

“Bir sıra radikal müxalifət partiyalarının sonuncu seçkilərdən keçən 4 il 6 ayda nail ola bilmədiyi dəyişikliklərə son 6 ayda  nail ola biləcəyini iddia edərək növbədənkənar prezident seçkilərinə qatılmadığını, bununla da bəzi xarici dairələrə Azərbaycan əleyhinə təbliğat kampaniyalarını genişləndirmələrinə zəmin yaratdığını təəssüflə qeyd edərək, seçkilərdə vahid namizədlə iştiraka dair bir sıra partiyalarla aparılan müzakirələrin hələlik yekun nəticəyə varmadığını, seçkilərin rəsmən elan olunduğunu və bu səbəbdən partiyanın seçkilərdə iştirakla bağlı qərar qəbul etməsi və seçkilərə hazırlığı üçün vaxtının məhdud olacağını önə çəkərək, Azərbaycan Respublikası Prezidentinin növbədənkənar seçkilərinə öz namizədi ilə qatıldığını və partiyanın sədri, BAXCP İdarə Heyəti prezidentliyə namizədlərin öz namizədliklərini geri götürmələri üçün Seçki Məcəlləsində nəzərdə tutulmuş son müddətədək vahid namizədin müəyyənləşdirilməsi ilə bağlı müzakirələri davam etdirəcəyini bildirir”, – deyə bəyanatda qeyd olunub.

İdarə Heyətinin qərarına əsasən, partiya sədrinin müavini Elçin Mirzəbəyli BAXCP-nin səlahiyyətli nümayəndəsi, maliyyə şöbəsinin müdiri İlqar Məmmədxanov isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin ediliblər.

Bu gün BAXCP sədrinin prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiqi üçün sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim olunub.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar