A24 Xeber

Qulağınıza diqqətlə baxın: o dəlik nədir?

Qulağınıza diqqətlə baxın: o dəlik nədir?
594
08 Mart 2017 - 0:41

İnsanların bir qismi qulaq üzərində olan kiçik dəliklə doğulur. Bu kiçik dəlik qulağın xaricində hər hansı bir yerdə ola bilər. Lakin əsasən üz ilə qulaq qığırdağı arasında olan yerdə görünür. Buna elmi dildə preaurikulyar sinus deyilir. Bəs bu dəlik niyə və necə yaranır?

A24.Az bu barədə mütəxəssis fikirlərini təqdim edir.

Anadangəlmə bir qüsur olan bu kiçik dəlik ilk dəfə Van Heusinger tərəfindən 1864-cü ildə tibbi sənədlərə daxil edilib. Ümumiyyətlə isə, preaurikulyar sinus ciddi qəbul edilən bir əlamət deyil. Bununla yanaşı qeyd etmək lazımdır ki, dəlikdə infeksiya və ya vəzə bənzər bir əlamətə rast gəlinərsə, müalicə lazım ola bilər. Avropada və Amerikada preaurikulyar sinusla doğulan insanlar əhalinin 1-9 faizini təşkil edir. Tayvanda bu nisbət 2,5, bəzi Afrika ölkələrində 10 faizdir. Çox vaxt bu kiçik dəlik nəsildən-nəslə keçir.

Preaurikulyar sinus yalnız bir qulaqda deyil, hər ikisində ola bilər. Bununla yanaşı, tədqiqatçılar bu dəliyin sağ qulaqda daha çox müşahidə edildiyini bildirirlər.

Buna əsaslanaraq insan bədəninə dair maraqlı məlumatlarla sizi tanış etmək istərdik. Öz bədəninizi tamamilə tanıdığınızı düşünürsünüzsə, yanılırsınız. Həqiqətən kompleks və sirli bir mexanizm olan insan bədənini bəzən peşəkar mütəxəssislər, həkimlər və elm insanları belə tam olaraq araşdıra bilmirlər.

1. Əgər bir kişi saqqalını heç vaxt qırxmazsa, öldüyü günədək saqqalı dörd metrə qədər olar.

2. İnsanın bud sümüyü betondan daha güclüdür.

3. Araşdırmalara görə, sevdiyiniz insana baxdıqda göz bəbəkləri böyüyür.

4. Bir insanın ağzındakı bakteriya sayı, dünyada yaşayan insan sayına bərabərdir, hətta daha çoxdur.

5. İmpuls beyinə saatda 400 kilometr sürətlə çatdırılır.

6. Bizim bildiyimizə görə, dörd qan qrupu var. Amma əslində 29 növdür. Yaponiyada bir neçə ailədə çox nadir olaraq rast gəlinib.

7. Gün ərzində qanımız 19,312 kilometr yol gedir.

8. Yetkin bir insanın bədənindəki sinirlərin uzunluğu təxminən 75 kilometrdir.

9. Bir insan gündə təxminən 20 min dəfə nəfəs alır.

10. İnsan gözü 10 milyon fərqli rəngi ayırd edə bilər. Amma beynimiz bunların hamısını xatırlamaq gücündə deyil.

11. İnsanlar saatda 160 kilometr sürətlə asqırır.

12. Yumşaq, kövrək dırnaqlarda və dırnaq dibində rast gəlinən ağ rəngli ləkə yoxdursa, demək tiroidiniz həddindən artıq aktiv formada fəaliyyət göstərir.

13. Gün ərzində təxminən 1 milyon dəri hüceyrəsi itiririk.

14. Dərinin 1 santimetr kvadrat sahəsində təxminən 100 ağrı sensoru var.

15. Normal bir insan həyatı boyu 35 ton yemək yeyir.

16. İnsan ömrünün təxminən 5 ilini göz qırpmaqla keçirir.

17. Hər saniyə beyində 100 minə qədər kimyəvi reaksiya baş verir.

18. İnsan qulağı hər il 0.25 millimetr böyüyür.

Aile.lent.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00