Qumbara satmaq istəyən tutuldu - Narkotik mənbəyi tapıldı

Qumbara satmaq istəyən tutuldu – Narkotik mənbəyi tapıldı
Want create site? Find Free WordPress Themes and plugins.

Pirallahı Rayon Polis Şöbəsinə bir nəfər şəxsin özündə saxladığı əl qumbarasını satmaq məqsədi ilə müştəri axtarması barədə əməliyyat məlumatı daxil olub.

A24.Az xəbər verir ki, DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən görülən tədbirlərlə o, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sergey Taranov olması müəyyən edilib. Üzərinə baxış keçirilərkən satmaq məqsədi ilə qanunsuz saxladığı alışqanı ilə birlikdə olan 1 ədəd “F-1” əl qumbarası və eyni məqsədlə gəzdirdiyi 3 bükümdə narkotik vasitə olan marixuana aşkar edilib.

Aparılan tədbirlərlə S.Taranov rayon ərazisindəki qəbiristanlıqda çətənə kolları əkib-becərdiyini etiraf edib. Polis əməkdaşları tərəfindən saxlanılan şəxsin nişan verdiyi həmin əraziyə baxış keçirilərkən diqqət çəkməyən yerdə qurudularaq qablaşdırılmış vəziyyətdə olan narkotik vasitə də aşkar edilərək götürülüb.

Ekspertiza S.Taranovun üzərindən çıxan narkotik vasitənin 3,035 qram, qəbiristanlıqdan tapılan narkotik vasitənin isə 970 qram marixuana olması barədə rəy verib.

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq tədbirləri aparılır.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm, Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar