""Quran" elmin qarşısındakı sədd  ola bilməz" - Fazil Mustafa

“”Quran” elmin qarşısındakı sədd  ola bilməz” – Fazil Mustafa
Want create site? Find Free WordPress Themes and plugins.
Pakistanlı böyük düşüncə adamı və fizika üzrə Nobel mükafatı laueratı Əbdüssalam ingilis təhsil sisteminin yetirməsi olsa da, öz sağlam imanı ilə seçilən və soykökünə bağlı olan şəxsiyyət kimi tanınır. Özünün məşhur Nobel nitqində əsas yeri Quranın “Əl-Mülk” surəsindən gətirdiyi iqtibaslar tutur və öz elmi sisteminin bu surə ilə əlaqəli olduğunu dünya elmi dairələrinin diqqətə çatdırır. 
Yəni adam Quranı başının üstünə deyil, dolabın içinə deyil, məhz anlayaraq başının içinə yığanlardan olduğuna görə XX əsrin fizikasında ən böyük kəşflərdən birinə imza atıb. Həyatında ən maraqlı epizod isə onun Nobel mükafatı aldıqdan sonra Pakistana gəlişi hesab oluna bilər. Əbdüssalam istirahət günü olmasına baxmayaraq sürücüsünə özünün ilk təhsil aldığı gimnaziyaya maşını sürməsini istəyir. Sürücü, istirahət günü olduğunu və orada kimsəni tapa bilməyəcəklərini söyləsə də, bu böyük alim deyir ki, mənim axtardığım insan mütləq orada olacaqdır. Bu, şəxs həmin məktəbin qaravulçusu Səid idi. Həqiqətən də Səidi iş yerində tapırlar. Məktəbə bağlı olan bu ahıl kişini qucaqlayıb bağrına basan Əbdüssalam deyir ki, mənim yetişməyimdə onun müstəsna rolu var. Çünki o hiss edirdi ki, mən böyük alim olacağam, otağıımı arxadan mısmarla bağlayırdı ki, o biri uşaqlar içəri girərək çalışmama mane olmasınlar. Özü isə yeməyimi pəncərədən verirdi. Yalnız çalışmalarım bitəndən sonra məni çölə buraxırdı. Əlində imkan olduğu vaxtlardan başlayaraq Əbdüssalam həmişə ona dolanışıq üçün vəsait göndərirmiş.
Əbdüssalam Nobel nitqində isə deyirdi ki, İslam aləminin geriliyinin səbəbi qətiyyən İslam dini ilə, Quranla bağlı deyil, bu dinin yobazlar və cahillər tərəfindən təhrif olunması ilə bağlıdır.
İndi o sadə iman sahibi qarovulçu Səid qədər hər birimiz təhsilə, elmə dəyər verə bilsəydik, kim bilir azərbaycanlılar hansı yüksək bilik mərtəbələrindən boy göstərmiş olardılar…
Bu epizodu indicə Yeni Yasamalda yerləşən “Albalı” uşaq bağçasında dəvət olunduğum məzun törənində körpə övladlarımızın gözəl rəqslərini, şeir və məhnıllarını, digər qabiliyyətlərini zövqlə izlərkən düşündüm Və nədənsə düşündüm ki, ilk öncə bizim məmləkətə Səidlər, yəni vicdanlı, imanlı və idealist qarovulçular lazımdır ki, Əbdüssalamları seçib başqalarından ayırsın və qapısını mıxlayıb cəhalət havasını onun otağına dolmasına izin verməsin. Sonrası pəncərədən ötürülən qida ilə də olsa mütləq Əbdüssalamlar yetişəcək. O zaman görəcəklər ki, elmin qarşısındakı sədd Quran ola bilməz, o sədd Quranı doğru anlamayan, təhqif edən, beyninin içinə yığmaq yerinə başının üstünə qoyan, oradan barış sözünü qətl kimi anlayan, humanizmi vəhşilik kimi öyrənən və müasir dünyamızın antoqonizminə çevirən qafamızdır, qafamız…
Sonda onu da deyim ki, Əbdüssalam 250 nəfər dəyərli fizik-alim yetişdirib. Yüzlərlə böyük elmi titulu daşıyanların beş nəfər dünyaya çıxacaq alim yetişdirə bilmədiyi Azərbaycan adlı məmləkətimizdə bunun nə demək olduğunu elm sahəsindəki bütün antik və müasir lüğətləri ələk–vələk etsəniz də, tapa bilməyəcəksiniz. Bunun sirrini yalnız qaravulçu Səid bilir…
Fazil Mustafa, Millət vəkili
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Din, Maraqlı
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar