A24 Xeber

“Quran”da olan bu adları uşaqlara qoymaq olmaz

“Quran”da olan bu adları uşaqlara qoymaq olmaz
106
07 May 2018 - 16:05

Müsəlman şərqində dini adların uşaqlara verilməsi çox geniş yayılıb. Bu həm müqəddəs şəxslərə ehtiram hesab olunur, həm də belə düşünülür ki, bu cür adların daşıyıcıları həmin adların sahiblərinin himayəsində olacaqlar. Bəzi inanclı insanlar yeni doğulan uşaqlar üçün “Quran” açdırır, orada qarşısına ilk çıxan sözü və ya adı seçirlər. Bəs “Quran”da qeyd olunmuş bütün adları uşaqlara qoymaq olarmı?!

Publika.az bu suala cavab axtarıb.

Əvvəla onu qeyd edək ki, insana qoyulan ad həm bu dünyada, həm də axirətdə keçərlidir. Məhəmməd Peyğəmbər (s.ə.v.) gözəl adlar qoymağın önəmini belə izah edib: “Sizlər qiyamət günündə özünüzün və ata-ananızın adları ilə çağırılacaqsınız. Ona görə də övladlarınıza gözəl adlar qoyun”.

Ona görə də sadəcə bu ad “Quran”da mövcuddur, deyə uşaqlara verilməməlidir. Əvvəlcə o adların mənası araşdırılmalı, uyğun olub-olmadığına qərar verilməlidir. Məsələn, “Quran”da mövcud olan və hazırda şərqdə çox yayılmış Sənəm adı “büt” deməkdir. Türkiyədə populyar ad olan Aleyna adı “bəla, sıxıntı” mənasındadır. Daha bir türk adı Kəzban “yalançı” anlamına gəlir. Yəni qız övladına Kəzban adı qoyan valideyn onun hər iki dünyada daim “Yalançı”, deyə çağırılmasına imkan yaradır. Bizdə bu ad Tükəzban olaraq qoyulur. “Quran”da bu söz belədir: Tükəzziban – mənası “siz yalan danışırsız, yalançısız”.

Harun adı – harın sözündəndir. Rümeysa isə gözü xəstə, zəif olan deməkdir.

A24.Az 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00