Qurandan ayələrin çıxarılmasını istəyən fransızlara Türkiyədən sərt cavab

Qurandan ayələrin çıxarılmasını istəyən fransızlara Türkiyədən sərt cavab
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin Avropa Birliyi naziri Ömər Çelik 300-ə yaxın fransız yazar və siyasətçinin Qurani Kərimdən bəzi ayələrin çıxarılmasını istəməsinə sərt cavab verib.

A24.Az-ın məlumatına görə, nazir həmin şəxslərin İŞİD-lə qohum olduqlarını və terrorçuların ideologiyasına dəstək verdiklərini söyləyib.

“300 fransız yazar və siyasətçi “şiddət və yəhudi düşmənliyini təbliğ edir” iddiası ilə Qurani Kərimdən bəzi ayələrin çıxarılmasını istəyiblər. Aralarında Nikola Sarkozi (keçmiş Fransa prezidenti – red.) də var. Bu şəxslər barbar və əxlaqsız istəklə İŞİD-lə və onların əsassız ideologiyası ilə qohum olduqlarını elan etdilər. Bu istək Avropanın mərkəzində barbarlığın geniş vüsət aldığını göstərir. Bəşəriyyətin rəhbəri Qurani Kərimdən insanlara qarşı fanatizm və şiddət çıxaran İŞİD nədirsə, bu 300 fransız da odur!”, – deyə nazir Tvitterdə yazıb.

Qeyd edək ki, aprelin 21-də Fransanın gündəlik nəşr olunan “Le Parisien” qəzetində 300 fransız yazar və siyasətçi Qurani Kərimdən bəzi ayələrin çıxarılmasını istəyən bəyanat yayıblar. Bəyanat müsəlman dünyasında böyük etirazlara səbəb olub.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Manşet, Dünya, Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar