Qurban Qurbanov: "Belə qollar buraxmalı deyildik"

Qurban Qurbanov: “Belə qollar buraxmalı deyildik”
Want create site? Find Free WordPress Themes and plugins.

 “Bu oyun barədə fikirlərim mənfidir. Rəqibi yaxşı oyun, qələbə münasibəti ilə təbrik edirəm”.

A24.Az “Report”a istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səfərdə “Keşlə”yə 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVII tur matçından sonra mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssis sözlərinə belə davam edib:

– Futbolçularımız nəticə barədə düşünmürdü. Bəlkə, mən də belə idim. Burada səhvlərimizi açıqlamaq istəmirəm. Rəqibin üstün cəhətlərinə diqqət ayırmalı idik. Futbolçularımız meydana konsentrasiyasız çıxmışdılar. Bu məğlubiyyət bizi düşünməyə vadar edir. Lakin hər komandada belə hallar olur. Bəzən bir komandada hər şey alınır, digərində isə yox. 0:3 hesabı ilə uduzmaq istəməzdik. Belə qollar buraxmalı deyildik. Yaxşı deyiləsi bir şey yoxdur.

– Əvəzedici heyətin bir neçə üzvünə şans verdiniz. Onlar sizi razı saldılar?

– 15-30 dəqiqə ilə bir şey demək olmaz. Onlar bizim təlim-məşq toplanışında olublar. İnanılacaq oyunçulardır. Deyə bilmərəm, növbəti mövsümdə əsas komandada olacaqlar, ya yox. Bunun üçün öz üzərlərində çox çalışmalıdırlar.

– Bu gün arxa xəttdə bəzi dəyişikliklər etmişdiniz…

– Kimi meydana buraxıramsa, onun öz tapşırığı olur. O, həmin tapşırığı yerinə yetirməlidir. Qol buraxmaqdan heç vaxt narahat olmamışam. Rəqib öz texniki üstünlüyündən istifadə edib, qol vurursa, buna görə oyunçumu günahlandırmıram. Lakin rəqib komanda səhvdən yararlanıb qol vurursa, bunu yalnız diqqətsizliklə bağlamaq olar.

– Yunanıstan mətbuatında PAOK-un Pedro Enrike üçün 5 milyon avro tələb etdiyi barədə xəbər yayılıb…

-Düzü, bu, Pedronun müqaviləsində yazılıb. Onu transfer etmək istəyən klub bu məbləği ödəməlidir.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar