Qurban Qurbanov: "Futbolçuların məşqdə etdiklərini oyunda təkrarlaması məni razı saldı"

Qurban Qurbanov: “Futbolçuların məşqdə etdiklərini oyunda təkrarlaması məni razı saldı”
Want create site? Find Free WordPress Themes and plugins.

 Bu gün yoldaşlıq oyununda Qırğızıstan millisini 3:0 hesabı ilə məğlub edən Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

A24.Az “Report”a istinadən xəbər verir ki, Qurbanov əvvəlcə matçla bağlı fikirlərini bildirib:

– İlk qələbəmiz idi. Bu qələbə çox vacib idi. Bu gün komanda tam optimal formada deyil. Nəticəni bir kənara qoyuram, məşqlərdə çox etdiyimiz hücumları gördüm. Bir az keyfiyyət çatışmırdı. Lakin futbolçuların məşqdə etdiklərini oyunda təkrarlaması məni razı saldı. Nəticə mənim üçün vacib idi. Futbolçularımı təbrik edirəm.

İlk hissəylə ikinci hissədə fərqli oyun sizin tapşırığınız idi?

– Futbolda belə bir psixologiya var. Qol vuran komanda rahatlanır. Məğlub durumda olan komanda isə tam fərqli. Futbolçularım bu oyunda mənim rəhbərliyim altında ilk qələbəni əldə etmək istəyirdilər. İkinci hissədəki əvəzetmələr də uğurlu alındı. Bu oyunda demək olar, düşündüyümüz bütün epizodlarla qarşılaşdıq. İkinci hissədə bəzi tapşırıqlar verdim. Daha cəld oynamağa başladıq. İlk hissədə isə istədiyimiz hücumları qura bilmirdik.

Bu gün komanda hücum futbolu oynadı. Qarşıdakı iki oyunda yığmamızın ifasında da bu cür futbol izləyə biləcəyik?

– Çalışıram, hər oyunçunun potensialına yaxşı bələd olum. Biz bu komandanı nəticə qazanması üçün hazırlayırıq. Bəzən rəqiblərin gücü istədiyimiz oyunu sərgiləməyə mane olur. Hərdən nə qədər hücum futbolu sərgiləmək istəsək də, rəqibin oyunu buna mane olur. Buna görə, hücumda nə qədər yaxşı futbol sərgiləsək də, müdafiədə də etibarlı oynamaq laızmdır.

Komanda neçə faiz hazırdır?

– Deməzdim, tam hazırıq. Hələ çox çalışmalıyıq. İlk hissədə də hücumlarımız olsa da, dəyərləndirə bilmədik. Məni sevindirən o oldu ki, standart vəziyyətdən iki qol vurduq. Fikrimcə, Millətlər Liqasında da həm standart vəziyyətlərdən qol vurmaq, həm də bu cür vəziyyətlərdə qol buraxmamaq əsasdır.

Prosineçkinin dövründə Dmitri Nazarov cinahda oynayırdı. Siz isə ona mərkəzdə şans verdiz. Nəzərə alsaq ki, Almeyda da mərkəzdə oynayır, gələcəkdə Nazarovu əvvəlki mövqeyində görə bilərik?

– Onlar fərqli oyunçulardır. Səhv etmirəmsə, Prosineçkinin vaxtında da Nazarov mərkəzdə oynayıb. Onun potensialına bələd olduğum qədər deyə bilərəm ki, Nazarovun oyunu mərkəzdə daha yaxşı alınır.

Komandada taran tipli hücumçu problemi var. Bu problemi həll etmək üçün millidə yeni futbolçu, məsələn Rüfət Dadaşovu yenidən yığmada görə bilərik?

– Alternativ variantlar barədə düşünürük. Nə qədər mümkün olacaq, gələcəkdə görəcəyik.

Belə söz-söhbət var ki, Rahil Məmmədov, Cavid İmamverdiyev və Filip Ozobiç “Qarabağ”a keçəcək…

– Harada gedən söz-söhbətə görə? (gülür) Gəlin, bu gün millidən danışaq. Onlar bizim transfer siyahımızda var. Bəzən olur ki, futbolçunu transfer etmək mümkün deyil, lakin onu transfer siyahımızda saxlayırıq.

Pavel Paşayevin zədəsi ciddidir?

– Bu cür zədəyə ciddi demək olar, deməmək də. Riçard Almeydanın zədəsindəndisə, ciddi demək olar.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar