Qurban Qurbanov ilk sınağında qola həsrət qaldı

Qurban Qurbanov ilk sınağında qola həsrət qaldı
Want create site? Find Free WordPress Themes and plugins.

Milli komandamız bu gün Moldova yığması ilə hazırlıq oyununda qarşılaşıb.

A24.Az Apasport.az-a istinadən xəbər verir ki, komandamızın Antalyadakı təlim-məşq toplanışı çərçivəsində baş tutan oyun Qurban Qurbanovun əsas komandamızın baş məşqçisi postunda ilk sınağı olub.

46 yaşlı mütəxəssis vaxtilə futbolçu kimi şərəfini qoruduğu komandanı ilk matça çıxarıb. Eyni zamanda “Qarabağ”ı çalışdıran Qurbanov ən yaxşı bombardiri olduğu millidə fəaliyyətinə qolsuz bərabərliklə başlayıb.

Çoxsaylı dəyişikliklər fonunda komandalar o qədər də fəal nəzərə çarpmayıblar. Qeydə alınan bir neçə nadir hücum isə qolla yekunlaşmayıb.

Yeri gəlmişkən, Azərbaycan və Moldova 10-cu dəfə üz-üzə gəlib. Yubiley duelinədək 2 qələbə qazanıb, 4 heç-heçə edib, 3 dəfə uduzan komandamız növbəti dəfə bərabərliyə razılaşıb.

Yoldaşlıq oyunu

30 yanvar

Azərbaycan – Moldova – 0:0

Hakimlər: Hüseyin Göçek, Bahattin Duran, Tarık Onqun, Barış Şimşək

“Mardan” stadionu

Azərbaycan: 1. Kamran Ağayev, 30. Abbas Hüseynov, 5. Maksim Medvedev, 19. Rahid Əmirquliyev (K), 22. Əfran İsmayılov, 20. Riçard Almeyda, 2. Qara Qarayev, 13. Mahir Mədətov, 16.Cavid Hüseynov, 15.Ruslan Abışov, 4.Pavel Paşayev

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 23. Rəşad Əzizli, 25. Elvin Yunuszadə, 18. Coşqun Diniyev, 11. Ramil Şeydayev, 10. Ruslan Qurbanov, 21. Təmkin Xəlilzadə, 8. Bəhlul Mustafazadə, 28. Cavid İmamverdiyev, 29. Anton Krivotsyuk, 3. Maqomed Mirzəbəyov, 17. Rəhman Hacıyev, 9. Emin Mahmudov

Baş məşqçi: Qurban Qurbanov

Moldova: 1. İlye Çebanu, 2. İon Jardan, 4. Petru Racu, 5. Vyaçeslav Posmaç, 7. Andrey Kojokaru (K), 9. Aleksandru Antonyuk, 22. Anton Rozgonin, 20. Alekdandre Paşenko, 10. Aleksandru Dedov, 19. Maksim Mixaylov, 18. Vladimir Ambros

Baş məşqçi: Aleksandr Spiridon

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar