Qurban Qurbanovlu millimiz ilk qələbəsini qazandı

Qurban Qurbanovlu millimiz ilk qələbəsini qazandı
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün Azərbaycan millisi növbəti yoxlama matçına çıxıb.

A24.Az APA-ya istinadən xəbər verir ki, Qurban Qurbanovun başçılıq etdiyi komanda Qırğızıstan yığmasını qəbul edib.

Bu, “Qarabağ”ın çalışdırıcısının yığmanın “sükanı arxasında” 4-cü sınağı olub. O, qırğızlarla görüşədək Moldova və Makedoniya ilə heç-heçə etdiyi halda, Belarusa məğlubiyyətə üzülüb.

Budəfəki rəqib komandamız üçün yad deyildi. Millimiz 2018-ci ildə 4-cü yoxlama matçında Qırğızıstanla 4-cü dəfə üz-üzə gəlib. Buna qədər iki dəfə qalib gəlib, 1 dəfə “sülh” bağladığımız asiyalılar yenə məğlubiyyətə üzülüblər. Millimiz uğurlu seriyanı 3:0 hesablı qələbə ilə davam etdirib.

 Bu, eyni zamanda Qurbanovlu yığmanın ilk qalibiyyəti olub və yığmamız 2018-ci ilin “siftə”sini rəsmiləşdirib.

Qeyd edək ki, yığmamız iyunun 5-də Qazaxıstan, 4 gün sonra Latviya ilə də yoldaşlıq oyunu keçirəcək.

Yoxlama oyunu

29 may

Azərbaycan – Qırğızıstan – 3:0

Qollar: Maksim Medvedev, 16; Mahir Mədətov, 75; Ürfan Abbasov, 84

Hakimlər: Ali Palabıyık, Serkan Olguncan, İbrahim Çağlar Uyarcan, Alper Ulusoy (hamısı  Türkiyə)

Bakı. Olimpiya Stadionu

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar