Qvatemalada vulkan püskürməsi nəticəsində 33 nəfər ölüb - RƏSMİ

Qvatemalada vulkan püskürməsi nəticəsində 33 nəfər ölüb – RƏSMİ
Want create site? Find Free WordPress Themes and plugins.

Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində ölənlərin sayı hələ ki, 33 nəfər təşkil edir.

A24.Az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakət Nəticələrinin Azaldılması üzrə Milli Xidmətinin son rəsmi məlumatlarına istinadən “Prensa Libre” portalı yazıb.

Bundan əvvəl bələdiyyə xilasetmə xidməti 56 nəfərin meyitinin aşkar edildiyini xəbər vermişdi.

Milli Xidmətin son məlumatlarına görə, təbii fəlakət zamanı 46 nəfər yaralanıb, 3,26 min insan təxliyyə edilib, 1,68 min nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib, ümumilikdə isə vulkanın zərəri 1,7 milyon insana təsir edib.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar