Radik İsayev 31-ci Olimpiya Oyunlarında qızıl medal qazandı - VİDEO

Radik İsayev 31-ci Olimpiya Oyunlarında qızıl medal qazandı – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Radik İsayev qızıl medal qazanıb.

80 kq çəki dərəcəsində mübarizə aparan dünya və Avropa çempionumuz Radik İsayev yarışa 1/8 finaldan start verib. O, mərhələ adlamaq üçün Qazaxıstan idmançısı Ruslan Japarovla üz-üzə gəlib. Görüşboyu rəqibindən üstün olan Radik İsayev ilk raundda xal qazana bilməsə də, ikinci və üçüncü raundda bu üstünlüyünü xala çevirərək rahat qələbə qazanıb – 11:2.

Təmsilçimiz 1/4 finalda Dongmin Ça (Cənubi Koreya) ilə gücünü yoxlayıb. Gərgin mübarizə şəraitində keçən döyüşdə 12:8 hesabı ilə qalib gələn İsayev yarımfinala yüksəlib. Finala gedən yolda taekvandoçumuz Böyük Britaniya idmançısı Mahama Ço ilə üz-üzə gələcək. Bu döyüş Bakı vaxtı ilə 00:45-də start götürəcək.

Yarımfinalda idmançımız Böyük Britaniya təmsilçisi Mahama Ço ilə mübarizə aparıb. Ənənəvi taktikasına uyğun olaraq təmkinlə döyüşən idmançımız nəticəni son raundda həll edib. O, 0:1 geri düşdüyü görüşü 4:1 hesablı qələbə ilə başa vurub və finala adlayıb.

Bu, Azərbaycan Olimpiya tarixində növbəti ilk kimi tarixə düşüb. Belə ki, boks yarışlarından sonra taekvondoda da təmsilçimiz ilk dəfə finala yüksəlib.

Həlledici görüşdə dünya və Avropa çempionumuzun rəqibi niger idmançısı Abdulrazzak İssufu olub. Qarşılaşmanın ilk hissəsində hesab açılmayıb. İkinci hissədə rəqibin başına bir zərbə endirən təmsilçimiz 3:0 hesabı ilə önə keçib. Raund bu hesabla başa çatıb. Həlledici, sonuncu raundda daha bir dəqiq zərbə ilə fərqi 6:0 edən Radik qələbəsinə şübhə yeri qoymayıb. Nigerli idmançının cəhdləri isə sadəcə 2 xal qazanmağa çatıb. Bununla da, 6:2 hesablı qələbə qazanan dünya və Avropa çempionumuz kolleksiyasına Olimpiya “qızıl”ını da əlavə edib.

Qeyd edək ki, bu, həm də Azərbaycan millisinin Rio Olimpiadasında qazandığı ilk qızıl medaldır.

Xatırladaq ki, çıxışını başa vuran taekvondoçularımızdan Milad Beiqi Harşeqani (80 kq) və Patimat Abakarova (49 kq) bürünc medal qazanıblar. Fəridə Əzizova (67 kq) isə yarışı 5-ci yerdə bitirib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar