Radikallığı təbliğ edən kitabların ölkəyə idxalının qarşısı alınıb

Radikallığı təbliğ edən kitabların ölkəyə idxalının qarşısı alınıb
Want create site? Find Free WordPress Themes and plugins.

2017-cı il ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dinşünaslıq ekspertizası şöbəsinə daxil olmuş müraciətlər əsasında 1540 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 63 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb.

A24.az xəbər verir ki, bu barədə komitənin 2017-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasında deyilib.

İclasda Kollegiya üzvləri ilə yanaşı, Azərbaycan Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, həmçinin Mərkəzi Aparatın və bölgə şöbələrinin müdirləri iştirak ediblər.

Hesabat ili ərzində dini sahədə bir sıra məsələlərin müsbət həllinə nail olunduğunu bildirən Dövlət Komitəsinin sədri dövlət-din münasibətlərinin inkişaf etdirilməsi, cəmiyyətin maarifləndirilməsi, Azərbaycanın tolerantlıq ənənələrinin təbliği və təşviqi, dini durumun öyrənilməsi, dini icmaların fəaliyyətinin dəstəklənməsi, radikal cərəyan və təriqətlərin qanunazidd əməllərinin aşkarlanması ilə bağlı tədbirlər görüldüyünü deyib.

Dindən sui-istifadə hallarının qarşısının alınması, din adı ilə milli və dövlət maraqlarımıza zidd, milli-mənəvi dəyərlərimizə yad ideoloji təlimlərin yayılması istiqamətində qabaqlayıcı, profilaktik və inzibati tədbirlər həyata keçirilib.

Şöbə müdiri bildirib ki, ötən il ərzində respublikada dini durumun dərindən öyrənilməsi, dini proseslərin izlənilməsi, əsas tendensiyaların müəyyənləşdirilməsi, radikal dini cərəyanların fəaliyyətinin qarşısının alınması, ölkədə dini vəziyyətlə bağlı informasiya fondunun genişləndirilməsi, dini qurumlarla əməkdaşlığın qurulması ilə bağlı işlər davam etdirilib və əlamətdar dini mərasimlərlə bağlı müvafiq tədbirlər həyata keçirilib.

O, 2017-ci ildə Dövlət Komitəsinin milli-mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural ənənələrimizin təşviqi, ölkədəki dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, vətəndaşlarımızın, xüsusilə gənclərin zərərli dini cərəyanların təsiri altına düşməsinin, o cümlədən din adı altında milli və dövlət maraqlarımıza zidd ideoloji təlimlərin yayılmasının qarşısının alınması məqsədilə müvafiq dövlət qurumları ilə birgə hazırlanan Tədbirlər Planının həyata keçirilməsi, dini maarifləndirmə sahəsində tədbirlərin təşkil edilməsi istiqamətində fəaliyyətini davam etdirdiyini, aidiyyəti qurumlarla birlikdə ümumilikdə 600-ə yaxın tədbir həyata keçirildiyini deyib. B

Daha sonra DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədovun dini məzmunlu ədəbiyyatın idxal və ixracı, nəşri barədə çıxışı dinlənilib. Qeyd edib ki, hesabat dövrü ərzində ölkədə nəşr olunmaq məqsədilə dinşünaslıq ekspertizasına təqdim edilmiş 210 adda dini ədəbiyyata baxılaraq, onlardan 4-nün çapı məqsədəuyğun sayılmayıb, 206 adda dini ədəbiyyatın çapına razılıq verilib. Belə ki, 2017-ci ildə 601 adda (765 151 ədəd), 2018-ci ilin yanvar-fevral ayları ərzində 34 adda (45540 ədəd) dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilib.

Bunlarla yanaşı, 2017-ci ildə hüquq-mühafizə orqanlarından dinşünaslıq ekspertizasına göndərilmiş 2106 adda dini təyinatlı ədəbiyyata və məmulat materiallarına baxılaraq, onlardan 99 -nun zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edildiyi müəyyən edilib.

 

Daha sonra Dövlət Komitəsinin 2018-ci il üçün fəaliyyət planı müzakirə olunub. Qarşıya qoyulan məqsədlər, görüləcək işlər, problem və perspektivlər geniş müzakirə edilib.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar