Ramana-Maştağa avtomobil yolu bu günə qaldı - FOTOLAR 

Ramana-Maştağa avtomobil yolu bu günə qaldı – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

İcra strukturlarının işinə səhlənkar yanaşması nəticəsindı Ramana-Maştağa  avtomobil yolu sıradan çıxır.

A24.Az xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, 2016-cı ilin sonunda istifadəyə verilən Ramana-Maştağa avtomobil yolunda yerli icra strukturlarının biganəliyi və işinə səhlənkar yanaşması nəticəsində yolun asfalt-beton örtüyü sıradan çıxır.

Belə ki, yolun tikintisi zamanı səth sularının toplaşdığı ərazidə suyun kənarlaşdırılması üçün xüsusi quyu inşa edilib. Quyuya yığılan su kütləsi nasos vasitəsi ilə yaxınlıqdan keçən su kanalına axıdılır.

Lakin yerli icra strukturlarının biganəliyi nəticəsində yağıntılı havalardan sonra həmin nasos işə salınmır. Nəticədə isə atmosfer yağıntılarından əmələ gələn su kütləsi yolun hərəkət hissəsinə dolur.

Bu isə həm vətəndaşların rahat gediş-gəlişinə mane olur, həm də tədricən asfalt-beton örtüyünün sıradan çıxmasına gətirib çıxarır.

Problemin qısa müddət ərzində aradan qaldırılması üçün aidiyyəti üzrə rəsmi şəkildə müraciət olunub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi adlı şəxsin şəkli.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi adlı şəxsin şəkli.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi adlı şəxsin şəkli.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi adlı şəxsin şəkli.

A24.Az 

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar