Ramazan ayında toy eləmək olarmı? - Ənənəvi sual

Ramazan ayında toy eləmək olarmı? – Ənənəvi sual
Want create site? Find Free WordPress Themes and plugins.

Müqəddəs Ramazan ayını yaşayırıq. Adətən Ramazan boyu müsəlmanlar oruc tutmağa, pis əməllərdən uzaq durmağa, oruc tutmasa da spirtli içki qəbul etməməyə çalışırlar. Beləliklə, mağazalarda, marketlərdə spirtli içkilərin satışı bir qədər zəifləyir.

Bu, həm də toy-nişan, yubiley və digər belə mərasimlərin keçirilməməsi ilə bağlıdır. Ramazan ayı şadlıq evləri və restoranların da fəaliyyətinə təsir göstərir. Bakıdakı bir sıra restoran və şadlıq evlərində Ramazan başa çatanadək toy mərasimləri keçirilmir. Bəzi istirahət və əyləncə mərkəzlərində isə ad günləri, yubileylər və digər əyləncəli tədbirlər iftardan sonraya salınır.

Bu da insanlar arasında daim müzakirə mövzusu olan bir sualı ortaya qoyur – Ramazanda toy etmək olarmı?

Dinşünas alimlər bildirirlər ki, Ramazan matəm ayı olmadığından toy mərasimləri keçirilə bilər, sadəcə, bəzi məqamlara diqqət etmək lazımdır. Bu il də Ramazan ayı yay aylarına təsadüf edir və iftar təxminən saat 20:14-dən sonra açılır. İftardan əvvəl isə insanları toya dəvət etmək məqbul sayılmır.

Dini ekspert Kənan Rövşənoğlu mövzu ilə bağlı “Yeni Müsavat”a bildirdi ki, Ramazan ayında toy etməyə icazə var: “Ramazan ayında gündüz süfrə açmamaq şərti ilə toy etmək olar. Şeyxin fətvasında da var ki, Ramazan ayında toy, nişan və digər məclislərin keçirilməsi ilə bağlı qadağa yoxdur. Yalnız ümumi qaydaya əsasən, Ramazan günlərində, yəni gündüz saatlarında süfrə açmaq bəyənilmir. Bu səbəbdən mübarək ayda bu cür məclislərin yalnız axşam saatlarında, yəni iftardan sonra təşkil olunması tövsiyə olunur. Bu şərtlər təkcə toy yox, digər məclislərə də şamil edilir. Yas və ehsan mərasimlərində də süfrənin yalnız iftar vaxtı qurulması tövsiyə olunur. Ümumiyyətlə, Ramazan ayında məclis qurarkən, ya da mərasim təşkil edərkən oruc tutanları nəzərə almaq məsləhətdir”.

Yeni Müsavat

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar