A24 Xeber

Ramazanda ağız qoxusuna çarə – Bitki çayı

Ramazanda ağız qoxusuna çarə – Bitki çayı
45
30 May 2018 - 16:37

Ramazan ayında oruc tutan insanlar ağız qoxusundan şikayət edirlər.

“A24.az” bildirir ki, tanınmış türkiyəli professor İbrahim Saraçoğlunun bu günlərdə ağız qoxusunun qarşısını almaq üçün təbii bitki çayını məsləhət bilib. Həmin çayın hazırlanması üçün bir çay qaşığı adaçayı və bir stəkan xlorsuz su lazımdır.

Hazırlanması…

Əvvəlcə suyu qaynadın. Adaçayını qaynadılmış su içərisinə atıb 15 dəqiqə dəmləyin.

Professor Saraçoğlu bildirib ki, ağız qoxusunun qarşısını alan bu çayla imsakdan sonra bircə dəfə qarqara etmək kifayətdir. Ramazandan sonra adi günlərdə isə bir ay ərzində hər axşam və günorta yeməyindən sonra 200 ml bu çaydan içmək olar.

Qeyd edək ki, dəmlənmiş çayı 48 saatdan çox saxlamaq olmaz.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00