Ramazanda azanların səsləndirilməsi ilə bağlı XƏBƏRDARLIQ edildi

Ramazanda azanların səsləndirilməsi ilə bağlı XƏBƏRDARLIQ edildi
Want create site? Find Free WordPress Themes and plugins.

“Ramazan ayında azanlarla bağlı Qafqaz Müsəlmanları İdarəsinin fətvası var, bütün məscidlər bu fətvaya əməl etməlidir”.

A24.Az xəbər verir ki,  bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M. Qurbanlı bildirib ki, bu fətva ilə bərabər, Qafqaz Müsəlmanları İdarəsində rəsmi olaraq təsdiq olunmuş təqvim var: “Bu təqvim də Şamaxı Rəsədxanasında öz təsdiqini tapmış təqvimə uyğun hazırlanıb. Rəsmi şəkildə təsdiq olunmuş təqvimdən kənara çıxan məscidlər barədə bizə məlumatlar daxil olduqda, yerli şöbələrimizin nümayəndələri həmin məscidə gedəcək. Məscidin imamına, imam-naibinə xəbərdarlıq ediləcək. Belə hallar təkrarlanarsa, ciddi tədbirlər görüləcək. Bu tədbirlər sırasında protokol tərtib olunaraq, onların cərimələnməsi də var. Təqvimin pozulması ilə bağlı bizə bu günlərdə məlumat daxil olmayıb. Çalışırıq ki, bu, baş verməsin”.

 Komitə sədri qeyd edib ki, QMİ-nin fətvası bütün məscidlər üçün icbari xarakter daşıyır: “Hərə öz bildiyini edərsə, xaos yaranar”.
(APA)
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar