A24 Xeber

Ramazanda ürəyə təsir edən 7 PİS VƏRDİŞ

Ramazanda ürəyə təsir edən 7 PİS VƏRDİŞ
136
20 May 2018 - 13:07

Uzun müddət ac qalandan sonra insanların əksəriyyəti bu xətaları edir. Çox sürətlə yemək, iftar süfrəsində ard-arda siqaret və çay içmək, sahura durmamaq…

Sağlam insanlara belə mənfi təsir göstərən bu xətalı vərdişlər ürək xəstəliklərinə, nəfəs darlığına, ritmin pozulmasına, infarkt kimi ciddi fəsadlara yol açır.

1 – Su yerinə qazlı, duzlu və ya şirin içkilər içmək…

İftara başlamazdan əvvəl 1 və ya 2 stəkan su içmək lazımdır. Bütün gün itirilən suyun yerinin bərpa edilməsi və doymaq hissinin yaranması baxımdan bu çox vacibdir. Qazlı içkilər isə diafraqmanın ürəyə təzyiq etməsinə, nəticədə ürək ritminin pozulmasına və nəfəs darlığına səbəb ola bilir. Duzlu içkilər isə qan təzyiqinin yüksəlməsinə yol açır. Şəkərli içkilər isə qan şəkərini oynadaraq metabolizmanı pozur.

2 – Bolluca çörək və xəmir yeməkləri yemək…

İftar süfrəsində kolbasa və basdırma kimi məhsullar yemək, lazımsız yerə duz qəbul etmək, xüsusilə də yüksək təzyiq və ürək çatışmazlığından əziyyət çəkən insanlara mənfi təsir edir. Bu kimi qidalar infarkt, ağciyərdə problemlərə səbəb olur.

3 – Sahura durmamaq…

Sahura qalxmamaq üçün axşam yatmazdan əvvəl yemək yemək və sahurda sadəcə su içib yenidən yatmaq 16 saata kimi uzun müddət ac qalmağa və metabolizmanın sürətinin azalmasına səbəb olur. Uzun müddət ac qalan zaman qan şəkəri düşür, su və duz itkisi yaşanır və təzyiq aşağı düşür. Odur ki, bütün gecəni və növbəti günü ac keçirməmək üçün mütləq sahura qalxmaq lazımdır.

4 – Sahurda ağır yemək yemək…

Sahurda yağlı və ağır qidalar yeyildiyi zaman metabolizmanın sürəti yavaş olduğu üçün bədənə daxil olan qidalar daha çox yağa çevrilir və ciddi mədə ağrılarına səbəb olur.

Sahurda şəkər tərkibli qidalar qandakı şəkəri sürətlə yüksəldir və sürətlə də aşağı salır. Bu isə növbəti gün daha tez acımamıza və qan şəkərinin tez aşağı düşməsinə yol açır. Qan şəkərinin düşməsindən sonra şəkəri yüksəltmək üçün bədənin verdiyi cavab ürəyin daha sürətlə artmasına və damarlarda büzülməyə səbəb olur. Bu isə ürəyində problem olan insanlarda döyüntü, təzyiqin yüksəlməsi, qəlb-damar xəstələrində sinə ağrısı, hətta infarkta qədər vəziyyətin yaranmasına səbəb ola bilər.

5 – Sürətli şəkildə iftar etmək…

Ramazanda edilən ən böyük xətalardan biri də çox sürətlə və çox yüksək miqdarda qidalanmaqdır. İftarda sürətlə yemək yemək ürək və beynə gedən qan axınının azalmasına, nəticədə sinədə ağrılara, daha pisi ürəkgetmələrə səbəb olur. Bundan başqa mədənin ürəyə təzyiq etməsi nəticəsində ürək ritmində pozulmalar olur.

6 – İftar süfrəsində ard-arda siqaret çəkmək və çay içmək…  

İftar süfrəsində çoxlu sayda ard-arda siqaret çəkmək nikotinin təsiri ilə təzyiqin yüksəlməsinə, ürəkdə döyüntü və ritmin pozulmasına yol açır. Bu hətta infarkta qədər gedib çıxa bilər.

İftardan sonra çoxlu miqdarda və tünd çay içmək də ziyandır. Çay qidalardan əldə edilən dəmirin əmilməsinin qarşısını alır, nəbzdə və qanda təzyiqin yüksəlməsinə yol açır.

7 – Ağır idman etmək…

İftardan sonra idman salonunda və ya açıq sahədə futbol oynamaq ürəkdə problemlərə səbəb olur və infarkt yaradır. Ramazan ayında, xüsusiylə də yaz aylarında gün ərzində ağır idman məşqlərindən uzaq durmaq lazımdır. Lakin iftar süfrəsindən sonra 10-15 dəqiqə yerimək həzmi asanlaşdırır.

Məlumat kimi qeyd edək ki, xroniki xəstəliyi olan insanlar Ramazan ayından əvvəl oruc tutmaq üçün həkimlə məsləhətləşsə onların sağlamlığı üçün çox vacibdir.

Firuzə Alimova / A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00