Ramazanda yuxu rejimini necə düzəldə bilərik?- ARAŞDIRMA

Ramazanda yuxu rejimini necə düzəldə bilərik?- ARAŞDIRMA
Want create site? Find Free WordPress Themes and plugins.

Ramazanda bir çoxlarının, xüsusi ilə də işləyən- aktiv həyat tərzi keçirən şəxslərin ən böyük problemi yuxusuzluqdur.
A24.Az xəbər verir ki, bir çoxları üçün bu dəyişiklik, yarımçıq yuxular qida və sudan daha əhəmiyyətli kimi görünür.

Nervopotoloqların fikrincə imsakdan sonra müəyyən bir müddət yatmamaq daha məsləhətlidir.

Çünki yarımçıq yuxular orqanizmdəki ritmə mənfi təsir göstərir.

Araşdırmalara görə yay aylarında havanın isti keçməsi ilə əlaqəli olaraq yatma müddəti iki saat azalır. Buna görə də Oruc tutan insanların yuxu sistemində qeyri-iradi bir dəyişiklik olur. Səhər edilən imsakdan sonra mədə dolu olduğu üçün Oruc tutan şəxslərin yatma müddəti də onlardan asılı olmadan ertələnir. Az yatan insanlarda yorğunluq, halsızlıq, gün boyu yatma istəyi yaranır. Çünki yuxu həyatımızın çox önəmli bir faktorudur.

Bəs ramazan ayında nələr edə bilərik ki, yuxumuz bizi bu qədər narahat etməsin? Gündəlik həyatımıza, iş rejimimizə mənfi təsirini göstərməsin?

· Ramazan ayında imsakdan sonra bir müddət ən azı bir saat yatmamaq daha məqbuldur

· İmsakdan sonrakı yarımçıq yuxular ritmimizə mənfi təsir göstərir

· Daha yüngül qidalara üstünlük vermək məqsədəuyğundur

· İftardan sonra və yatmazdan əvvəl ən azı bir saat istirahət etməkdə fayda var

· İftar zamanı yuxusuzluğa səbəb ola biləcək çay, qəhvə, siqaret kimi məhsullardan uzaq durmaq lazımdır

· Bunun tam əksinə isə bitki çaylarının istifadəsini artırmaq 1 aylıq ibadətinizə daha müsbət effektini göstərəcəkdir.
Xəyalə Vaqif, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar