A24 Xeber

Ramazanın sonuncu günlərində bunlara diqqət edin: Vacib məsləhətlər

Ramazanın sonuncu günlərində bunlara diqqət edin: Vacib məsləhətlər
72
06 İyun 2018 - 14:13

Artıq Ramazan ayının son günləri yaşanır.

A24.Az xəbər verir ki, Ramazanın sonlarına doğru yaxınlaşdıqca insanlarda həssaslıq, mədə ağrıları arta bilər. Bəs bu prosesi necə minimalaşdırmaq mümkündür?

  • İftarınızı ya xurma, ya da çox duzlu olmayan zeytunla açın. Bir neçə dəqiqə sonra isə üzərindən otaq temperaturunda qatıq yesəniz, bu sizin mədənizin rahat olmasına kömək edəcək.
  • İkincisi, yemək yemə sürətinizə diqqət edin. Daha yavaş yeyin. Orucunuzu açdıqdan 5-6 dəqiqə sonra 1-2 stəkan ilıq su için.
  • İftar süfrəsindəykən çay, qəhvə kimi isti içkilər qəbul etməyin, lakin iftarınızı bitirdikdən yarım saat sonra bu cür maye qəbuluna başlaya bilərsiniz.
  • İftardan bir müddət sonra yeyilən meyvə sağlamlığa faydalıdır. Vitamin qazandırdığı kimi, həzmi də sürətləndirməyə kömək edəcəkdir.
  • Süfrədən qalxdıqdan sonra un və un məmulatlarından hazırlanan şirniyyatlardan uzaq durmağa çalışın.
  • İftardan bir neçə saat sonra çox da sürətli olmayan yürüyüşlər həzmə kömək edir.
    Allah Orucunuzu qəbul etsin!
    X.V, A24.Az
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00