A24 Xeber

Ramil Quliyevdən növbəti qızıl medal : Ərdoğan şəxsən təbrik etdi

Ramil Quliyevdən növbəti qızıl medal : Ərdoğan şəxsən təbrik etdi
60
10 Avqust 2018 - 9:21
Türkiyə millisində çıxış edən azərbaycanlı atlet Ramil Quliyev karyerasında daha bir medal qazanıb.

“A24.Az” xəbər verir ki, 28 yaşlı atlet atletizm üzrə Avropa Çempionatının finalında finişə hamıdan birinci çatıb.

R.Quliyev Berlində keçirilən yarışda 200 metr məsafəyə qaçışda 19,76 saniyəlik göstəricisi ilə qızıl medala sahib olub.

Qeyd edək ki, R.Quliyev bu il Aralıq dənizi oyunlarında və “Brilyant Liqa” yarışlarında da birinci olmuşdu. Ötən il isə dünya çempionatında qızıl medal qazanmışdı.

 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00