A24 Xeber

Ramil Quliyevin növbəti uğuru – VİDEO

Ramil Quliyevin növbəti uğuru – VİDEO
34
11 İyun 2018 - 8:54

Türkiyə adından çıxış edən azərbaycanlı atlet Ramil Quliyev 14 mərhələdən ibarət olan “Almaz Liqa”da (Diamond League) növbəti uğura imza atıb.

“A24.az”ın “Oxu.Az”a istinadən verdiyi xəbərə görə, Ramil Quliyev “Almaz Liqa”sının Stokholmda keçirilən növbəti mərhələsinin qalibi olub.

Həmyerlimiz 200 metr qaçış kateqoriyasında 19.92 nəticə ilə çempion olub.

İkinci yerə çıxan kanadalı Aaron Braun Ramildən 0,15 saniyə geri qalıb.

Xatırladaq ki, Ramil Quliyev “Almaz Liqa”sının Osloda keçirilən mərhələsinin də qalibi olub – 19,90 saniyə nəticə ilə.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00